XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“CFI Financial”ın dövriyyəsi 88,5% azalıb
Ekonomiks00:58 15.08.2026

“CFI Financial”ın dövriyyəsi 88,5% azalıb

“CFI Financial İnvestisiya Şirkəti”nin 2026-cı ilin yanvar-iyul aylarında dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Qaynarinfo Valyuta.az-a istinadla xəbər verir ki, cari ilin ilk yeddi ayında dövriyyə 22 milyon 425 min 533 manat təşkil edib.

2025-ci ilin yanvar-iyul aylarında isə bu göstərici 195 milyon 155 min 176 manat olub.

Beləliklə, “CFI Financial İnvestisiya Şirkəti”nin dövriyyəsi illik müqayisədə 172 milyon 729 min 643 manat və ya 88,51% azalıb.

Hesabat dövründə şirkətin həyata keçirdiyi əməliyyatların sayında da azalma qeydə alınıb. 2025-ci ilin yanvar-iyul aylarında 80 əməliyyat həyata keçirildiyi halda, 2026-cı ilin müvafiq dövründə bu göstərici 33-ə enib.

Nəticədə əməliyyatların sayı illik müqayisədə 47 ədəd və ya 58,75% azalıb.