Xəbər lenti

Çin ABŞ-a PUA ixracını qadağan etdi - 6 Amerika şirkətinə sanksiya tətbiq olundu
Dünya14:56 05.08.2026

Çin ABŞ-a PUA ixracını qadağan etdi - 6 Amerika şirkətinə sanksiya tətbiq olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin ABŞ administrasiyasının son addımlarına cavab olaraq bu ölkəyə pilotsuz uçuş aparatlarının (PUA) ixracını qadağan edib və 6 Amerika şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qərar ABŞ-ın Çin istehsalı olan dronların idxalını qadağan etməsi və 43 Çin şirkətinə sanksiya tətbiq etməsinə cavab olaraq qəbul edilib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, yeni qərara əsasən, ABŞ-yə pilotsuz uçuş aparatlarının ixracı dayandırılır, həmçinin 6 Amerika şirkəti sanksiyalar siyahısına daxil edilib.
Qeyd edək ki, son dövrlər Pekin və Vaşinqton arasında ticarət və texnologiya sahəsində qarşıdurma daha da dərinləşib. Çin tərəfi ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlərə qarşı cavab tədbirləri görəcəyini daha əvvəl də bəyan etmişdi.
 
Günay