Çin məhkəməsi yapon məktəb avtobusuna bıçaqla hücum edən şəxsi ölüm hökmünə məhkum edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press" yazıb.
52 yaşlı Zou Jiasenq Şanxayda uşaqları daşıyan avtobusa hücum edib. O, ana və uşağı, eləcə də ona mane olmağa çalışan konduktoru yaralayıb. O
Sonuncu aldığı bıçaq yaralarından dünyasını dəyişib.
Qeyd olunur ki, həmin şəxsin borcu olub və daha yaşamaq istəməyib.
Məhkəmə prosesi 10 dəqiqə davam edib. Təqsirləndirilən şəxs barəsində ölüm hökmü çıxarılıb. Hökm çıxarılarkən məhkəmədə Yaponiyanın Şanxaydakı konsulluğunun nümayəndələri iştirak ediblər.
Bundan bir qədər əvvəl Çində məhkəmə noyabrın ortalarında Hunan əyalətində məktəbin qarşısında avtomobili izdihamın üzərinə sürən şəxsə ölüm hökmü çıxarıb. Məhkəmənin qərarına əsasən, cəza iki ildən sonra icra olunacaq.
Aydın
Şərhlər