XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Di Maria millidəki karyerasını göz yaşları içində başa vurdu: “Belə xəyal edirdim”
İdman11:16 15.07.2024

Di Maria millidəki karyerasını göz yaşları içində başa vurdu: “Belə xəyal edirdim”

Argentina millisinin cinah oyunçusu Anxel Di Maria millidəki vaxtını müsbət nəticə ilə başa vurmasından məmnundur.
Qaynarinfo xəbər verir ki, 36 yaşlı futbolçunun 2024-cü ildə Amerika Kubokunun finalında Kolumbiya üzərində qələbədən sonra sözlərini Fabrizio Romano nəşr edib.
Di Maria "Arzum milli komandadan bu şəkildə ayrılmaq idi. Argentina mənim sevgim və ölkəmdir. Təşəkkür edirəm", - deyib.
Kolumbiya ilə matçın son dəqiqələrində meydanı tərk edən Angel göz yaşlarını saxlaya bilməyib.
Argentina millisinin tərkibində Di Maria bacardığı hər şeyi qazanıb. 2021-ci ildə onun qolu Amerika kubokunun finalında Albiselestenin Braziliya üzərində qələbə qazanmasına səbəb olub və o, 2022-ci il Dünya Kubokunun finalında da qol vurub.
Fabrizio Romano argentinalı cinah oyunçusunun növbəti mövsümü Benfikada keçirəcəyini qeyd edib.
Alpər