Xəbər lenti

Dünən cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Ölkə 10:43 20.06.2026

Dünən cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

İyunun 19-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

"Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb", - məlumatda qeyd olunub.
--> -->