Yeni Zelandiyada dənizin temperaturu rekord həddə çatıb və qlobal orta göstəricini üç dəfə üstələyib.
Qaynarinfo "The Guardian"a
istinadən xəbər verir ki, ekspertlər dəniz flora və faunasının, eləcə də ölkənin ekosisteminin vəziyyətindən narahatdırlar.
Yeni Zelandiya Statistikasının yeni məlumatları göstərir ki, 1982-ci ildən bəri okean səthinin temperaturu hər 10 ildə orta hesabla 0,16-0,26°C, sahillərdə isə hər 10 ildə 0,19-0,34°C artıb.
Milli Su və Atmosfer Tədqiqatları İnstitutunun aparıcı elmi işçisi Mett Pinkerton bildirib ki, əvvəlki 20 ilin məlumatlarını müqayisə edərkən, Yeni Zelandiya ətrafında səth okeanının istiləşmə sürəti hər 10 ildə 0,18°C olan qlobal orta göstəricidən iki dəfə çox olub və bir bölgədə - Çatam Hillsdə temperatur dünya ortalamasından 3 dəfə yüksəkdir.
"Güclü dəniz isti dalğaları geniş ekoloji dəyişikliklərə səbəb ola bilər, bəzi dəniz yosunları kimi yaşayış mühitini yaradan növlərin sayını azalda bilər", deyə Vellinqton Viktoriya Universitetinin dəniz biologiyası üzrə müəllimi Kristofer Kornuol bildirib.
Dünya okeanları antropogen iqlim dəyişikliyi nəticəsində yaranan əlavə istiliyin təxminən 90%-ni udur.
"GNS Science" klimatoloqu Corciya Qrant bildirib ki, okeanın temperaturunun yüksəlməsi Qabrielle siklonu kimi fırtınaların nə üçün istiləşən iqlimdə daha şiddətli olacağını izah edən amillərdən biridir.
Aydın
Şərhlər