Xəbər lenti

Əfsanəvi futbolçu ölüm ayağında
İdman10:18 06.07.2014

Əfsanəvi futbolçu ölüm ayağında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Madridin “Real” klubunun əfsanəvi futbolçusu olmuş Alfredo di Stefano ürəyindəki ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hazırda o, süni koma vəziyyətindədir.
88 yaşlı di Stefanonun səhhəti iyulun 5-dən 6-na keçən gecə pisləşib.
Onun olduğu klinikaya gedən “Real”ın prezidenti Floretino Peres di Stefanonun durumundan narahat olduqlarını deyib: “Real” ailəsi olaraq, Alfredo di Stefanoya tezliklə sağalmağı arzulayırıq”.
Qeyd edək ki, Alfredo di Stefano “Real”la birgə səkkiz dəfə İspaniya çempionu (1953/54, 1954/55, 1956/57, 1957/58, 1960/61, 1961/62, 1962/63, 1963/64) və beş dəfə Avropa Çempionlar kubokunu, indiki Çempionlar Liqasını (1955/56, 1956/57, 1957/58, 1958/59, 1959/60) qazanıb. Bundan başqa, o, müxtəlf vaxtlarda Argentina, Kolumbiya çempionu da olub.
Di Stefano məşqçi kimi də bir sıra ciddi uğurlar əldə edib. 
Qaynar.info