Dünya 11:41 19.11.2022

Ehtiyatda olan alman zabiti Rusiyaya casusluq edirmiş

Düsseldorf Ali Regional Məhkəməsi ehtiyatda olan alman zabitini Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda təqsirli bilib və şərti cəzaya məhkum edib.

Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.

İş materiallarına görə, həmin şəxs 2014-cü ilin oktyabr ayından Rusiyanın Berlindəki səfirliyində hərbi attaşenin ofisinin bir neçə yüksək rütbəli əməkdaşı ilə əlaqə saxlayıb. Onların həmçinin Rusiya hərbi kəşfiyyat xidməti olan QRU-da çalışdıqları bildirilir. 66 yaşlı keçmiş hərbçi Rusiya tərəfinə ehtiyatda olan alman əsgərləri, şəxsi əlaqə məlumatları və yüksək rütbəli hərbçilərin tərcümeyi-halı, həmçinin "Şimal axını 2” layihəsi ilə bağlı məlumatları təhvil verib.

Sentyabrda alman mediası şübhəlinin məlumatın ötürüldüyünü etiraf etdiyini, lakin onun Rusiya kəşfiyyatı ilə əlaqələrindən xəbərsiz olduğunu bildirmişdi. Nəşrin məlumatına görə, o, xidmətlərinə görə mükafat almayıb.

Həmin şəxs 1 il 9 ay şərti cəzaya məhkum edilib.

Alpər