"Bakı Sığorta” ASC Dövlət Sığorta Kommersiya Şirkətini (Azərsığorta) məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.
"Bakı Sığorta” ASC 1994-cü ildə "Tural Sığorta” adı ilə yaradılıb. 2007-ci ildə isə rebrendinq edib. Şirkətin nizamnamə kapitalı 8 925 440 manat, Direktorlar Şurasının sədri Quliyev Elçin Saday oğludur.
"Bakı Sığorta” ASC Elman Rüstəmova məxsus şirkət kimi tanınır.
Seyid
Şərhlər