Xəbər lenti

Ən titullu tennisçisinin Qarabağla bağlı haqlı sözü ruslarda qəzəb yaratdı
Dünya07:00 12.10.2020

Ən titullu tennisçisinin Qarabağla bağlı haqlı sözü ruslarda qəzəb yaratdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya tarixinin ən titullu tennisçisi Yevgeni Kafelnikov Twitter-də Dağlıq Qarabağdakı müharibə ilə bağlı yazılan şərhlərə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, keçmiş tennisçi Twitter-də ermənilərdən və azərbaycanlılardan başqa heç kimin münaqişə barədə danışmağa haqqı olmadığını qeyd edib:

"Erməni ya azərbaycanlı deyilsinizsə, ümumiyyətlə, Qarabağ mövzusunda ağzınızı açmağa mənəvi haqqınız yoxdur! Bu, hər kəsə, elə mənə də aiddir”, - Yevgeni yazıb.

Bloger Vasili Utkin dünyanın keçmiş ən yaxşı tennisçisi Yevgeni Kafelnikovun Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla bağlı açıqlamasına qəzəbli münasibət bildirib.

Keçmiş futbol şərhçisi Kafelnikovun mesajını retweet edərək "Sən axmaqsan, Jenya", - deyə yazıb.

Alpər