"Hyundai" şirkətinin 2004-cü ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etdiyi limuzin hərracda 41 min 500 lirəyə satılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ətraf mühit və şəhərsalma nazirinin müavini Mücahit Demirtaş açıqlama verib. O, auksionda 11 nəfərin iştirak etdiyini və avtomobilin açıq təklif üsulu ilə satıldığını deyib.
Ərdoğana hədiyyə edilən eyni marka və model digər limuzinin isə Türkiyə Böyük Millət Məclisinə verildiyi ortaya çıxıb.
Camal