Ermənistan hakimiyyəti İsrailin "Pegasus” casus proqramı ilə parlamentin deputatı Artur Vanetsyanı dinləməyə cəhd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə deputat özü bildirib. Artur Vanetsyan "Apple" şirkətindən aldığı məktubu dərc edib:
"Bu gün "Apple" şirkətindən ən azı 2 məktub aldım. Və qərara gəldim bu məktubla bağlı məllumatı dərc edim. Bu məktub mənim indiki Ermənistan hakimiyyətinin şəxsi toxunulmazlıq və ailə həyatı hüququmu pozaraq qanunsuz olaraq dinləməyə cəhd etməsi barədə əvvəlki ifadələrimi təsdiq edir. Bu açıq şəkildə mənim siyasi fəaliyyətimlə bağlıdır. Yenə deyirəm, məndə məlumat var ki, bədnam "Pegasus” proqramı nəinki mənim, hətta yaxın ətrafımın, ailə üzvlərimin telefonlarına da hücum edib".
Artur Vanetsyan Nikol Paşinyana müraciət edərək bildirib: "Nikol, məndən qorxma, mənim vətənimə, erməni xalqına vurduğun ziyanların nəticələrindən qorx".
Telman