Xəbər lenti

İdman 17:57 05.01.2024

Əsas futbolçusu "Mançester Siti"ni tərk edə bilər

"Mançester Siti"nin aparıcı futbolçusu Kevin De Brüyne gələn yay klubdan ayrıla bilər.

Qaynarinfo-nun məlumatına görə, futbolçu Səudiyyə Ərəbistanı klubuna keçə bilər. Xarici KİV-də yer alan xəbərlərdə Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondunun (PİF) oyunçu ilə yenidən əlaqə saxladığı və futbolçunun yarımadaya transferi təklifini təzələyib. Belçikalı yarımmüdafiəçi fondun transfer siyahısında birinci pillədədir.

De Brüynenin "Mançester Siti" ilə müqaviləsi 2025-ci ildə başa çatır. Ötən ilin oktyabrında Kriştiano Ronaldonun komandası "Al-Nassr" belçikalı yarımmüdafiəçi ilə maraqlanırdı. Futbolçu bu mövsüm yalnız "Mançester Siti"nin heyətində "Börnli" ilə matçda meydana çıxıb. Həmin oyunda əzələsindən zədə alan 32 yaşlı yarımmüdafiəçi bir müddət komanda ilə oynaya bilməsə də, dekabrın sonlarında məşqlərə qayıdıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->