Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd Britaniya kəşfiyyatına işləməkdə şübhəli bilinir.
Qaynarinfo bu barədə "Sky News Arabia"ya istinadən xəbər verir.
Telekanalın məlumatına görə, suriyalı müxalif jurnalist Nizar Nayuf bəyan edib ki, o, Əsma Əsədin Britaniya kəşfiyyatı ilə əlaqəsini təsdiqləyən bəzi sənədləri dərc edib.
"Sənədlərdə Britaniya kəşfiyyatının Əsma Əsədlə əlaqələri barədə əlavə təfərrüatlar var, çünki o, Britaniya kəşfiyyatçısı Eliza Boullerin dəstəyi ilə Londonda Amerika bankı "JP Morgan"da işə düzəlib", deyə mesajda qeyd edilir.
Nəşr aydınlaşdırır ki, Suriya hakimiyyəti Əsmanın bu cür təmaslarından xəbərdar ola bilərdi və o zaman respublikanın prezidenti olan Hafiz Əsəd oğlu Bəşərin Əsma ilə toyunun əleyhinə idi.
Aydın
Şərhlər