Dünya 20:08 16.08.2022

Estoniya Rusiya ilə sərhədi bağladı

2İvanqorod-Narva bölgəsində Rusiya-Estoniya sərhədi qeyri-müəyyən müddətə bağlanıb.

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Şimal-Qərb Gömrük İdarəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Estoniya tərəfinin məlumatına görə, qonşu tərəfin proqram təminatının yenilənməsi ilə əlaqədar yük və minik avtomobillərinin, eləcə də fiziki şəxslərin ölkəyə giriş-çıxışı qadağan edilib. Kingisepp gömrüyü daşıyıcılara və vətəndaşlara sərhədi keçmək üçün yer seçərkən mövcud vəziyyəti nəzərə almağı tövsiyə edir”, - məlumatda bildirilir.

Estoniya mətbuatı isə öz növbəsində fərqli versiya yazır: Narvada T-34 tank abidəsi və digər sovet abidələri söküldüyünə görə sərhədlər müvəqqəti bağlanıb.

Bundan əvvəl dövlət yayım portalı (ERR) 1944-cü ildə sovet əsgərləri tərəfindən Narvanı Vermaxtdan azad etməsi şərəfinə quraşdırılmış T-34 abidə tankının postamentdən götürülərək Tallinə doğru aparıldığını bildirmişdi.
 
Alpər