Xəbər lenti

FED əsas faiz dərəcəsini kəskin artırdı: Dollar bahalaşacaq
Ekonomiks 23:20 26.07.2023

FED əsas faiz dərəcəsini kəskin artırdı: Dollar bahalaşacaq

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul iclasından sonra uçot dərəcəsini 25 baza bəndi, 5,25-5,5 % -ə qədər artırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə FED məlumat yayıb.

"Komitə (Açıq Bazar Komitəsi, FOMC – red.) uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 % səviyyəsində inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların dərəcəsi üçün hədəf diapazonunu 5,25-5.50 %-ə qədər artırmaq qərarına gəlib”, - məlumatda deyilib.

Eyni zamanda tənzimləyici qeyd edib ki, bu, gələcəkdə uçot dərəcəsinin artırılmasının məqsədəuyğunluğunu istisna etmir:

"İnflyasiyanın 2 %-ə qaytarılması üçün məqsədəuyğun ola biləcək pul-kredit siyasətinin daha da sərtləşdirilməsinin miqyasını müəyyən edərkən komitə pul siyasətinin ümumi sərtləşdirilməsini, onun iqtisadi aktivliyə və inflyasiyaya təsir etdiyi gecikmələri, iqtisadi və maliyyə şərtlərini diqqətə alacaq”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->