XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Fərhad Adıgözəlov 4 ay sonra bu idarəyə rəis əvəzi gətirdi
Ekonomiks15:24 17.08.2026

Fərhad Adıgözəlov 4 ay sonra bu idarəyə rəis əvəzi gətirdi

Dövlət Reklam Agentliyi (ADRA) Quba Regional Reklam İdarəsinə yeni rəis əvəzi təyin edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, ADRA İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun müvafiq əmri ilə Qəhrəmanov Süleyman Tofiq oğlu sözügedən vəzifəyə gətirilib.

ADRA-dan təyinatı təsdiqləyiblər.

Qeyd edək ki, bu ilin aprel ayında Mustafayev Vüsal Oktay oğlu öz ərizəsi ilə ADRA-nın Quba Regional Reklam İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, 4 ay sonra hazırkı vəzifəyə təyin edilib.

Əhməd