Xəbər lenti

Filip Rikerin gedişi nələri dəyişəcək? (ŞƏRH)
Siyasət 16:06 05.01.2023

Filip Rikerin gedişi nələri dəyişəcək? (ŞƏRH)

"Bunu ilk növbədə ABŞ-ın Qafqaz siyasətində müəyyən reallıqları qəbul etməsi kimi dəyərləndirmək olar”. 

Bu sözləri Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli amerikalı diplomat Filip Rikerin ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri vəzifəsini tərk etməsinə münasibət bildirərkən deyib:



"Bir müddət ATƏT-in Minsk qrupunu təbliğ etməklə yanaşı, bu təşkilatın sülhyaratma prosesinə nələrisə gətirəcəyini bəyan edən Vaşinqton özünün ATƏT-dəki həmsədrini Cənubi Qafqazdakı danışıqlar üzrə baş müşavir adlandırmağa başladı. Amma indi belə məlum olur ki, həmin missiya da reallığı özündə o qədər də əks etdirmir. Xüsusilə də bölgədə reallığın, status-kvonun ciddi şəkildə dəyişməkdə davam etdiyini nəzərə alsaq, proses onu göstərir ki, ABŞ dəyişən reallıqlara uyğun addımlar atmağa çalışır”. 

Ekspertə görə, sözügedən addım ABŞ-ın yeni seçim qarşısında qaldığını göstərir:

"Bu da onu düşünməyə əsas verir ki, ABŞ üçün Rikerin nümayəndəliyi dövrü o qədər də uğurlu olmayıb. Vaşinqton yeni seçim qarşısında qalıb. Yəqin ki, yeni seçim həm reallıqları əks etdirəcək, həm də Cənubi Qafqazdakı proseslərə fərqli bir yanaşma metodununu gündəmə gətirəcək. Hər halda bu siyasət Vaşinqtonun postsovet məkanındakı strategiyası ilə qırılmaz surətdə bağlıdır. Yəqin ki, yaxın günlərdə bu strategiyanın əsas nüansları barədə müəyyən məlumatlar da əldə edəcəyik”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->