Xəbər lenti

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv edildi (RƏSMİ)
İdman10:07 12.06.2020

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv edildi (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2020-ci ildə "Formula 1" üzrə Azərbaycan Qran-prisi baş tutmayacaq.
Qaynarinfo "Formula 1"in saytına istinadən xəbər verir ki, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri rəsmən ləğv edilib.
Pandemiya şəraitində şəhər trasslarında yarışların təşkilinin çətin olması səbəbindən Azərbaycan və Sinqapur Qran-prilərinin keçirilməyəcəyi bildirilib. Yaponiyada isə ölkə sərhədlərinin bütün xarici vətəndaşlara bağlı olmasına görə, etap təqvimdən çıxarılıb.