Xəbər verdiyimiz kimi, dekabrın 19-da axşam saatlarında bir şəxs Moskvanın mərkəzində FSB binası yaxınlığında atəş açıb. Rəsmi məlumatlara görə, hücum nəticəsində bir kəşfiyyatçı ölüb. 5 nəfər yaralanıb. Onlardan biri mülki şəxsdir. Atəş başladan şəxs zərərsizləşdirilsə də, hücumun səbəbləri haqda hələ heç nə məlum deyil.
Qaynarinfo izvestiya.ru-ya istinadla xəbər verir ki, hücumun kim tərəfindən başlandığı barədə rəsmi məlumat yoxdur. Ancaq REN TV-nin məlumatına görə, atəşi Moskva vilayətinin 39 yaşlı vətəndaşı Yevgeni Manurov açıb. Telekanal bildirir ki, atəş açan şəxs uzun müddət atıcılıqla məşğul olub, yarışlarda mükafatlar qazanıb.
SPARK-İnterfax sisteminin məlumatına görə, 2014-cü ildə Manurov fərdi sahibkar statusu alıb. Hüquqi xidmətlər göstərməklə məşğul olub, biznes və idarəetmə ilə bağlı məsləhətlər verib. Müəssisəni bağlamaq haqda özü ərizə verib.
Hüquq-mühafizə orqanı əməkdaşları onun yaşadığı mənzildə axtarış aparıb. Seyfdən 5 ədəd silah, eləcə də xeyli güllə çıxıb.
Anası onun eyni vaxtda bir neçə mühafizə xidmətində çalışdığını, sonra bütün işlərindən çıxdığını, işsiz qaldığını, axır vaxtlar "hansısa ərəblə” telefonla danışdığını, ancaq ingiliscə danışdıqlarından heç nə başa düşmədiyini, onun yaxın dostu və sevgilisi olmadığını deyib.
Ancaq qonşuları Manurovun uzun zamandan bəri görüşdüyü Maşa adlı bir sevgilisi olduğunu bildiriblər.
Şübhəlinin atası REN TV-yə oğlu ilə nadir hallarda əlaqə saxladığını və (1981-ci ildən həyat yoldaşından boşanıb) onun bu əməlini qınadığını bildirib.
Manyurovun iştirak etdiyi DOSAAF atıcılıq klubunun məşqçisi Oleq Soloviç kp.ru-ya açıqlamasında iddia edilən cinayətkarın təxminən üç ay dərslərdə iştirak etdiyini və yaxşı atəş aça bilmədiyini deyib. Məşğələlərə uzun qara kapüşonlu gödəkcəylə gəlməsindən və onu çşıxarmaqdan imtina etməsindən başqa onda bir qəribəlik görmədiyini bildirib. Soloviç onda psixi pozğunluq olması barədə versiyanı istisna edib.
"Axı onun bütün lazımi sənədləri olan 7.62 mm kalibrli bir karbini var idi, bu da onu göstərir ki, Manurov bu karabinə qədər beş il ov silahlarına sahib olub. Belə çıxır, dövlət ona tamamilə etibar edib. Buna əsasən də biz ona atəş açmağı öyrədirdik", - təlimçi müəllim deyib.
<iframe class="iz-player" src="https://iz.ru/video/embed/956370" width="560" height="315" frameborder="0" allowfullscreen="">