Xəbər lenti

Hamilə qadınlar əks göstəriş sertifikatını almaq üçün nə etməlidir? (RƏSMİ)
Sağlamlıq09:27 27.08.2021

Hamilə qadınlar əks göstəriş sertifikatını almaq üçün nə etməlidir? (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hamilə qadınların qeydiyyatda olduqları qadın məsləhətxanalarından hamiləliklə bağlı sənədləri müəssisə tərəfindən Xüsusi Komissiyaya təqdim edilməlidir”.
Bu barədə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib. 
Onun sözlərinə görə, hamilə qadınlar doğuşayardım xidmətinə lisenziyası olan özəl tibb müəssisəsində qeydiyyatdadırlarsa, hamilələrə dair sənədlər ərazi üzrə şəhər poliklinikasına təqdim edilməli, həmin şəhər poliklinikasının protokoluna salınmalı və təsdiqləyici əlavə sənədlər Xüsusi Komissiyaya təqdim edilməlidir”.
"Hamilə qadınlar üçün lazım olan sənədlər: hamilənin ambulator kartı, hamiləlik registrindən çıxarış və hamiləliyin təsdiqləyici ultrasəs müayinə nəticəsi (USM)”.
O qeyd edib ki, hamiləliklə bağlı müvəqqəti əks göstəriş sertifikatı hamiləliyin nəzərdə tutulan müddətindən asılı olaraq veriləcək.