Çinin Cənub-Şərqi Universitetinin tədqiqat qrupu Jianqsu əyalətində ölkədə ilk dəfə olaraq dörd koaksial pərlə təchiz edilmiş aeroelektromobil hazırlayıb və təqdim edib.
Qaynarinfo "Global Times” nəşrinin məlumatına istinadla xəbər verir ki, ənənəvi şaquli qalxış və eniş edən elektrik aerotaksilərindən fərqli olaraq, "Southeast University” tərəfindən hazırlanmış "Kunpeng No.1” adlı bu cihaz yerüstü mobilliyi və havada hərəkət imkanlarını özündə birləşdirən inteqrasiya olunmuş yer-hava nəqliyyat vasitəsi kimi dizayn edilib.
Bildirilib ki, maksimal qalxma çəkisi 500 kiloqram olan bu nəqliyyat vasitəsi ən azı 20 dəqiqə uçuş həyata keçirə və 300 metr yüksəkliyə çata bilir. Yerüstü rejimdə isə onun maksimal sürəti saatda 60 kilometrdir. Hazırda cihaz yüksək tutumlu batareya ilə çalışır.
Tədqiqat qrupu, növbəti nəsil uçan avtomobillərdə uçuş müddətini iki saatdan çox artırmaq üçün işlərini davam etdirir.
Alpər
Şərhlər