Xəbər lenti

HƏMAS lideri Rusiya və Çinə təşəkkür etdi
Dünya10:36 26.10.2023

HƏMAS lideri Rusiya və Çinə təşəkkür etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasındakı mövqelərini və ABŞ-ın Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnaməsinə veto qoymaq qərarını yüksək qiymətləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə HƏMAS-ın "Telegram" kanalı məlumat yayıb.
İsmayıl Haniyə həmçinin Qəzza zolağında "İsrail təcavüzü”nə son qoymağa çağıran BMT Təhlükəsizlik Şurasına üzv və qeyri-üzv olan bütün ölkələrə təşəkkür edib. O, beynəlxalq ictimaiyyəti İsraili beynəlxalq hüquqa və insan hüquqlarına hörmət etməyə məcbur etməyə çağırıb.
Xatırladaq ki, 10 ölkə ABŞ-ın qətnaməsinin lehinə səs verib, BƏƏ də daxil olmaqla üç ölkə əleyhinə çıxıb. Mozambik və Braziliya bitərəf qalıb. 
Eyni zamanda, BMT Təhlükəsizlik Şurası Rusiyanın da Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnaməsini qəbul etməyib. Layihə Çin, Qana və BƏƏ tərəfindən dəstəklənib. ABŞ və Böyük Britaniya bunun əleyhinə səs verib. Daha 9 ölkə bitərəf qalıb. 
Nizami Bağırov