Hindistan Rusiyadan neft alışını 23 dəfə artaraq, günlük 700 min barelə çatdırıb. Rusiya hər barel nefti 30% endirimlə Hindistana təhvil verir.
Bu haqda beynəlxalq gəmilərə nəzarət edən ticari müşavirə şirkəti Kpler-in baş araşdırmaçısı Homayun Fələkşahi ekskluziv olaraq Qaynarinfoy-a bildirilib.
Onun məlumatına əsasən, Rusiya keçən il və hətta 2022-ci ilin ilk rübündə Hindistana günlük 30 min barel neft satırmış. Lakin aprel ayında bu rəqəm günlük 700 min barelə qalxıb.
Homayun Fələkşahi deyib ki, Rusiyanın neft ixracatında endirimləri İranın təklif etdiyi endirimlərdən də çoxdur. Onun sözlərinə görə, sanksiyaya məruz qalan İran hazırda hər barel neftini 20 faiz endirimlə bazara çıxarır.
Bloomberg agentliyi də mayın 4-də yaydığı məlumatlarda, Rusiyanın hər barel neftinə 30 dollar endirim etməsi xəbəri yayımlayıb.
Bloomberg əlavə edib ki, dünyada üçüncü böyük neft idxalçısı olan Hindistan Rusiya neftini 70 dollardan aşağı alır.
Hindistan-Çinlə yanaşı, hazırda Rusiya neftinin iri alıcısı sayılır.
Fələkşahi bildirib ki, Rusiya neftinin Çinin idxalatında payı 15 faizdır və bu, keçən aylara görə dəyişilməyib.
M.Arif
Şərhlər