Xəbər lenti

II Dünya Müharibəsindən bəri ən çox silahlı münaqişənin qeydə alındığı il – 2024
Dünya 14:38 11.06.2025

II Dünya Müharibəsindən bəri ən çox silahlı münaqişənin qeydə alındığı il – 2024

Uppsala Universitetinin Münaqişə Məlumatları Proqramının (UCDP) yeni tədqiqatına əsasən, 2024-cü il 1945-ci ildən bu yana silahlı münaqişələrin sayına görə ən qeyri-sabit il olub.

Qaynarinfo bu barədə "The Times”a istinadla xəbər verir.

Tədqiqatçılar 61 dövlətlərarası və dövlət daxilində münaqişəni qeydə alıblar. Onlardan 11-i min və daha çox döyüşçü itkisi ilə nəticələnən genişmiqyaslı müharibəyə çevrilib.

İlin ən qanlı münaqişəsi Rusiya ilə Ukrayna arasındakı müharibə olub – 2024-cü il ərzində bu münaqişədə 76 000-dən çox insan döyüş əməliyyatlarında həlak olub. Bu göstərici ilə Ukrayna cəbhəsi ölüm səviyyəsinə görə Yaxın Şərq və Afrika münaqişələrini belə geridə qoyub.

Ümumilikdə isə 2024-cü ildə "təşkilatlanmış zorakılıq” nəticəsində təxminən 160 000 nəfər həyatını itirib. Bu, Ruandadakı soyqırımdan (1994) bəri dördüncü ən yüksək itki ilə nəticələnən il olub və 2022-ci ildən sonra silahlı fəaliyyətin ən yüksək olduğu ikinci ildir.

Mülki əhali üçün vəziyyət daha da pisləşib: 2024-cü ildə azı 13 900 mülki şəxs qəsdən öldürülüb, bu isə 2023-cü illə müqayisədə 31% çoxdur. Bəzi münaqişələrdə – məsələn, Qəzza zolağında – həlak olanların 98%-ə qədəri mülki şəxslərdir.

UCDP-nin baş analitiki Şon Deyvis bildirib:

"Biz dövlətlərarası münaqişələrin və hökumətlərin öz sərhədlərindən kənarda silahlı qruplaşmalara dəstək verdiyi halların sürətlə artdığını müşahidə edirik”.

O, bu tendensiyanı "narahatedici meyl” adlandırıb və vurğulayıb ki, bu vəziyyət mülki əhali arasında qurbanların artmasına səbəb olur.

Alpər



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->