Xəbər lenti

İllərlə sanskiyalar altında olan İran bunu necə bacarıb? - Konfliktoloq
Dünya 15:55 16.09.2024

İllərlə sanskiyalar altında olan İran bunu necə bacarıb? - Konfliktoloq

"İndiki şəraitdə İrana qarşı Qərbin təzyiqləri sanksiyalardan o tərəfə keçməyəcək”. 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Qərbin İrana qarşı təzyiqlərinin sanksiyalardan əlavə başqa müstividə də ola bilməsi etimalını şərh edərkən deyib.

"Qərb Rusiyanı, Rusiya Qərbi ittiham edir. Bu, beynəlxalq münasibətlərin xarakteridir. Əslində, hər bir ölkə silah satışında və alışında sərbəstdir. Ölkələrin beynəlxalq münasibətlər sistemindəki təhlükəli və təhlükəsiz xarakteri də nisbi məsələdir. Qərb Ukraynanı silahlandırır, Rusiya da özünün silah arsenalını genişləndiirir. İran da öz növbəsində dünya silah bazarına daxil olur. Maraqlısı odur ki, illərlə sanskiyalar altında olan İran yüksək dəqiqlikli və ballistik raketlər istehsal etməyi bacarıb", deyə Azər Hüseynov bildirib.
 
Bu isə ekspertə görə, onun göstəricisidir ki, istənilən sanksiya silahlanmaya əngəl yarada bilmir: 

"Götürək elə Şimali Koreyanı. Məgər sanksiyalar onun silahlanmasına əngəl oldumu? Yaponiyanı, Cənubi Koreyanı daimi təhdid altında saxlayır. Əslində, dünya siyasi sistemi bir böhran yaşayır. Ümumi olaraq nə zamansa, yəni XXI əsrin ilk yarısında inqilabi situasiya doğacaq. Tarixin alqoritmi belədir. Əsrin ilk yarısında bir güclü hərbi-siyasi təlatüm olur, ikinci yarısında isə yeni beynəlxalq situasiya yaranır. Misal olaraq XX əsri göstərə bilərik. 1900-1920-ci illər lokal, dövlətlərarası və dünya müharibələri. Yeni Versal sistemi. 1920-1945-ci illər, yenə lokal, regional, dövlətlərarası və dünya müharibələri. 1945-ci ildən sonra BMT və sair. 1975-1991-ci illər sistem oturtmaları, daha sonra əsrin sonlarına qədər sistem böhranları. İndi də eyni senari ola bilər. Amma bunu dünyanın iri dövlətlərimi edəcək, yoxsa inkişaf etməkdə olan ölkələrmi? Sual bundan ibarətdir”. 



Həmsöhbətimiz düşünür ki, İranla açıq savaş bir neçə regionu da öz ağuşuna alacaq:

"Yaxın Şərqi, Mərkəzi Asiyanı, hətta Qafqazı. Hər halda Qərb bunu düşünməldir”.

Qeyd edək ki, son zamanlar Qərb İranı Rusiyaya balistik raketlər verməkdə ittiham edir. ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın İrandan ballistik raketlər aldığını və çox güman ki, onları bir neçə həftə ərzində Ukraynada yerləşdirəcəyini deyib. Blinken əlavə edib ki, Moskva ilə Tehran arasında əlaqələrin dərinləşməsi bütövlükdə Avropanın təhlükəsizliyinə təhdid yaradır.

Ardınca Qərb İrana yeni sanksiyalar tətbiq edib. Ötən çərşənbə axşamı ABŞ, Almaniya, Böyük Britaniya və Fransa İrana qarşı yeni sanksiyalar, o cümlədən "İran Air”ə qarşı məhdudiyyətlər tətbiq edib. 

Amma İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya Federasiyasına ballistik raketlərin verilməsini təkzib edib. 

Maraqlıdır ki, Qərbin İrana münasibətdə təzyiqləri sanksiyalardan o yana keçmir. Qərb bir tək sanksiyalarla İranı çökdürücəyini düşünür. Lakin hələlik İran çətinliklə də olsa bu sanksiyaların öhdəsindən gəlir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->