Braziliyada dələduz özünü iş adamı İlon Mask kimi təqdim edərək 69 yaşlı qadını aldadıb və ondan 26 000 dollar qoparıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" xəbər yayıb.
Dələduz sosial şəbəkələrdə Formoza şəhərində yaşayan qadınla əlaqə saxlayıb, daha sonra onların yazışmaları messencerə keçib. Qadın onun nömrəsini "Mənim sevgim İlon" kimi qeyd edib.
Üç ay ərzində hər gün bir neçə saat danışan cütlük sonradan pul mövzusuna keçib. "İş adamı" müxtəlif bəhanələrlə, məsələn, şəxsi təyyarəsini yanacaqla doldurmaq üçün qadından pul istəyib. Bunun qarşılığında ona hədiyyələr və güllər vəd etsə də, heç birini göndərməyib.
Əvvəlcə qadın öz yığdığı vəsaitdən kiçik məbləğlər göndərib. Lakin daha sonra dələduz onu iki kredit götürməyə məcbur edib. Sonda zərərçəkən ümumilikdə 26 mi dollar itirib.
O, hətta evini 86 000 dollara satmağı da planlaşdırıb, çünki "İlon Mask" bu vəsaitlə investisiya platforması quracağına ümid edib.
Qadının övladları yazışmalarını görüb və onu inandırmağa çalışıblar. Lakin ana dələduzla söhbətində "hər şeyi sübut edəcəklərini" və "gizlədəcək heç nəyi olmadığını" deyib.
Polis hesab edir ki, bu fırıldaqçılığı cinayətkar qrup həyata keçirib və qadının göndərdiyi pullar saxta hesablara köçürülüb.
Aydın
Şərhlər