Xəbər lenti

Şimali Amerikanın Böyük gölləri necə yaranıb? - Alimlər sirri açıqladı
Dünya 21:28 09.01.2025

Şimali Amerikanın Böyük gölləri necə yaranıb? - Alimlər sirri açıqladı

Alimlər Şimali Amerikanın Böyük göllərinin yaranma prosesini "isti nöqtə" ilə əlaqələndiriblər. Bu aktiv yeraltı sahə yüz milyonlarla il əvvəl fəaliyyət göstərib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "News Week" jurnalı "Geophysical Research Letters" elmi jurnalında dərc olunmuş tədqiqatlara istinadən məlumat yayıb.

300 milyon il əvvəl Atlantik okeanının mərkəzində yerləşən müasir Kaboverde adaları, Panqeya adlı superkontinentin tərkibinə daxil olan Şimali Amerikanın bir hissəsidir. Tədqiqatçılar bildiriblər ki, həmin dövrdə yerin mantiyasından gələn isti materialların axını litosferi qızdırıb və nazikləşdirib. Bu, regionda çökək relyefin yaranmasına səbəb olub.

Təxminən 20 000 il əvvəl baş verən buz dövründə bölgəyə gələn buzlaqlar həmin çökəkliyi dərinləşdirib və ərimiş buz suları ilə doldurub. Hazırda Böyük göllər dünyadakı şirin su ehtiyatlarının təxminən 20 faizini təşkil edir.

Tədqiqat müəllifləri qeyd ediblər ki, qədim mantiyanın fəaliyyəti müasir Böyük göllərin coğrafiyası ilə birbaşa bağlıdır. Bu araşdırma, Yer kürəsinin daxili proseslərinin milyonlarla il ərzində insan həyatı və ekosistemlər üzərində necə dərin təsir göstərdiyini göstərir.

Alimlərin sözlərinə görə, Böyük göllər geoloji və buzlaqlarla bağlı proseslərin birləşməsi nəticəsində yaranıb. Təxminən 300-200 milyon il əvvəl Kaboverde "isti nöqtəsi" Şimali Amerikanın bu bölgəsinin altında yerləşirdi. İsti nöqtənin təsiri ilə litosfer nazikləşmiş və regionda çökək sahə yaranmışdır.

Sonuncu buz dövründə həmin çökək ərazilər buzlaqlar tərəfindən daha da dərinləşdirilib və ərimiş sularla dolub. Tədqiqatçılar bildirirlər ki, Kaboverde isti nöqtəsi vulkanik adalar yaratmaq əvəzinə, Şimali Amerikanın qalın və stabil litosferinə görə yalnız relyefi dəyişə bilib.

Alimlərin bu kəşfi, Şimali Amerikanın Böyük göllərinin tarixini və onların yaranma proseslərini daha dərindən anlamağa kömək edir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->