Xəbər lenti

"İnter Mayami"nin prezidenti Messinin məvacibini açıqladı
İdman06:22 03.07.2023

"İnter Mayami"nin prezidenti Messinin məvacibini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lionel Messini heyətinə qataraq yay transfer dövrünün ən mühüm möhkəmlətməsini edən MLS komandalarından biri olan "İnter Mayami"nin rəhbəri Xorxe Mas əfsanəvi futbolçunun transferi ilə bağlı açıqlama verib.
Qaynarinfo-nun məlumatına görə, İspaniyanın "El Pais" qəzetinə danışan Mas, Messi ilə müqavilə bağlamaq cəhdlərinə bir neçə il əvvəl başladıqlarını və nəhayət istədiklərini həyata keçirdiklərini söyləyib. Bu transfer üçün son 1,5 ildə Messinin də meneceri olan atası Jorge Mendes ilə dəfələrlə görüşdüklərini ifadə edən Mas, futbolla bağlı mövzularda David Leonun danışıqlar apardığını ifadə edib. Danışıqların Barselona, ​​Mayami, Rosario və nəhayət Dohada keçirildiyini bildirən Mas, razılaşmanın həlledici nöqtəsinin MLS və "Apple" arasında razılaşma olduğunu bildirib:
"Messi MLS-i dünyanın ən yaxşı 2-3 liqasından birinə çevirə bilər. Onun burada iz buraxmaq arzusu var və futboldan da kənarda uğur qazana bilər. İnanıram ki, o, təqaüdə çıxdıqdan sonra klubda işləməyə davam edəcək. Müqaviləsinə görə, onun alacağı məvacib ildə 50-60 milyon avro təşkil edir. Komandamızı Messi ilə eyni səviyyədə olan futbolçularla gücləndirmək istəyirik. Serxio Busquets bu istiqamətdə etdiyimiz bir transfer oldu. Luis Suaresi də transfer etmək imkanımız var. Daha 2-3 gücləndirmə etmək istəyirik”.
Səbuhi Həsənov