Xəbər lenti

İran bu gün: Xuzistan əyalətində etirazlar bütün gecə davam edib (VİDEO)
Dünya06:20 01.06.2022

İran bu gün: Xuzistan əyalətində etirazlar bütün gecə davam edib (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda son bir həftədə artıq rutinə dönmüş etiraz aksiyaları dünən (mayın 31) də davam edib.
Qaynarinfo bu barədə "Indipendent”in fars bölümünə istinadən xəbər verir.
Məlumata görə, dünən gecə saatlarında Xuzistan vilayətinin bir neçə şəhərində keçən günlər kimi güclu etiraz aksiyalari keçirilib. Deyilənlərə əsasən, bəzi hallarda təhlükəsizlik qüvvələri etirazlara qarşı qəddarcasına davranıb.
Dünənki etirazlar əsasən Xuzistanın Şadiqan, Fəlahiyyə, Abadan, Əndiməşk və Əhvaz şəhərlərilə yanaşı, digər vilayətlərdə, o cümlədən Şahinşəhr, Fuladşəhr, Buşəhr və Borazcan şəhərlərində də hayata keçirilib.
Digər məlumatəlara görə, Əndimeşk- Əhvaz caddəsi etirazçılar tərəfindən yandırılaraq bağlanıb və həmçinin Abadan şəhərində uçan Metropol binasının mühəndisi Əbdülbaqinin şəxsi mənzilinə od vurulub.
Xatirladmalıyıq ki, azı 36 nəfərin ölümü ilə nəticələnən Metropol qülləsi uçduqdan sonra Abadan və İranın bir sıra digər şəhərləri bu böhranın yaranmasında bələdiyyə və hökumət məmurları laqeydliyi, bina sahibinin korrupsiya və tikinti təhlükəsizliyi qaydalarına etinasızlığına qarşı etiraz mitinqlərinin şahidi olublar.
M.Arif