İran nüvə proqramı üzrə öhdəliklərinə əməl etməsinə nəzarət edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 8 ekspertinin akkreditasiyasını ləğv edib.
Qaynarinfo "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, akkreditasiyası ləğv olunan müfəttişlər Almaniya və Fransa təmsilçiləridir. Əlavə məlumat verilmir.
Təşkilatın baş direktoru Rafael Qrossi belə bir addımın MAQATE-nin İranda yoxlamalar aparmaq imkanlarını məhdudlaşdıracağını bildirib. O, Tehranın addımlarını pisləyib, ölkəni əməkdaşlığa çağırıb.
İran Xarici İşlər Nazirliyi öz növbəsində ABŞ və bir sıra Avropa ölkələrinin öz siyasi məqsədlərinə çatmaq üçün MAQATE-nin "səlahiyyətlərindən sui-istifadə etdiyini” bildirib. Həmçinin agentliklə əməkdaşlığın davam edəcəyi bildirilib.
Aydın
Şərhlər