İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə "görünməmiş şəkildə” məhdud əməkdaşlığa malikdir.
Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Rafael Qrossi Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı AFP-yə müsahibəsində deyib.
"Bu, çox məyusedici bir vəziyyətdir. Biz orada fəaliyyətimizi davam etdiririk, lakin minimal səviyyədə”, deyə Qrossi bildirib.
Xüsusilə, MAQATE-nin bəzi yüksək səviyyəli müfəttişləri "milliyyətinə görə qruplardan xaric ediliblər". Bununla, İran, məsələn, Fransa, Böyük Britaniya və ya ABŞ rəsmilərinin bəyanatlarını bəyənmədiyi təqdirdə təşkilatı "cəzalandırır".
Qrossinin sözlərinə görə, İran MAQATE-ni "başqa ölkələrlə siyasi mübahisələrinin girovuna” çevirir. MAQATE rəhbəri bunu "qəbuledilməz” adlandırır və "MAQATE-yə lazımi girişin verilməsini” tələb edir.
Nizami Bağırov
Şərhlər