Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri hesab edirlər ki, İranın bir neçə nüvə başlığı istehsal etmək üçün resursları var.
Qaynarinfo "Bloomberg”ə istinadla
xəbər verir ki, bunu MAQATE rəhbəri Rafael Qrossi bildirib. Agentlik hesab edir ki, İranın kifayət qədər yüksək zənginləşdirilmiş uranı var.
"Bu, çox məyusedicidir... Biz başa düşmürük ki, onlar nə üçün lazım olan şəffaflığı təmin etmirlər", - Qrossi bildirib.
Bu günə qədər MAQATE müfəttişləri İranın uran ehtiyatlarının nüvə silahı üçün yönləndirilməsini aşkar etməyiblər. Bununla belə, bu qədər material hazırlamaq və saxlamaq agentliyi narahat edir.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri, ABŞ generalı Mark Millinin əvvəllər dediyi kimi, İran cəmi bir neçə ay ərzində nüvə dövlətinə çevrilə bilər.
Pentaqon hesab edir ki, İran iki həftədən az müddətdə nüvə qurğusu yaratmaq üçün kifayət qədər resursa malikdir.
Noyabr ayında UNIAN agentliyi İranın zənginləşdirilmiş uran ehtiyatlarını 60%-ə çatdırdığını bildirmişdi. Sentyabrın 5-də verilən son hesabatdan sonra bu həcm 6,7 kq artaraq 128,3 kq-a çatıb. Uranın zənginləşdirilməsi sürəti bu ilin əvvəlində 9 kq olsa da, ayda təxminən 3 kq-a qədər azalıb. Diplomatların fikrincə, bu, ABŞ-la dolayısı danışıqların nəticəsidir.
Alpər
Şərhlər