İsveçrənin Credit Suisse bankı Rusiyanın Ukraynaya işğalı ilə əlaqədar tətbiq etdiyi sanksiyalar çərçivəsində birinci rübdə 10,4 milyard frank (10,63 milyard dollar) müştəri aktivini dondurub.
Qaynarinfo Reuters-ə istinadla xəbər verir ki bu barədə bankın cümə axşamı dərc olunmuş maliyyə hesabatında
deyilir.
"Sanksiyalara görə, 2022-ci ilin birinci rübündə 10,4 milyard İsveçrə frankı dəyərində aktivlər "dondurulmuş” statusuna keçirilib", - Credit Suisse bildirib.
Bankdan həmçinin deyilib ki, hazırda aktivlərin idarə edilməsi biznesinin 4%-dən az hissəsi rus müştərilərinə məxsusdur.
Nizami Bağırov
Şərhlər