Dünya 21:00 29.07.2022

İsveçrə bankı Rusiyanın BMT-dəki daimi nümayəndəsinin şəxsi hesabını blokladı

İsveçrə banklarından biri Rusiyanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Gennadi Qatilovun şəxsi hesabını bloklayıb.
 
Qaynarinfo SA-ya istinadla xəbər verir ki, bu haqda RİA Novosti-yə daimi nümayəndəlikdən bildirilib.

Daimi nümayəndəlikdən qeyd edilib ki, İsveçrənin neytrallığını itirməsi ilə bağlı yaranan problemlər təkcə ikitərəfli siyasi və iqtisadi sahədə deyil, daimi nümayəndəliyin gündəlik həyatına da toxunub.

"Diplomatik missiyamızın gündəlik həyatında yaranan süni maneələr də vəziyyəti daha da gərginləşdirir. Uzunmüddətli tərəfdaşlığımız olan bir sıra banklar, sığorta və avtomobillərə texniki xidmət göstərən şirkətlər açıq şəkildə bildirirlər ki, bizimlə bağladıqları müqavilələrdən imtina etmək qərarına gəliblər. Səbəb – ona görə ki, biz Rusiyadanıq. Hətta Rusiyanın Cenevrədəki daimi nümayəndəsinin yerli bankındakı şəxsi hesabı başqa şeylərlə yanaşı, tibbi xərcləri ödəmək üçün də bloklanıb”, – Daimi Nümayəndəlikdən bildiriblər.

O da əlavə olunub ki, bank hesabı "diplomatik nümayəndəlik rəhbərinin rəsmi statusuna görə” bağlanıb.
 
Alpər