Xəbər lenti

İtaliya baş naziri Ciddədəki görüşü alqışladı: Qərar artıq Rusiyanındır
Dünya 10:48 12.03.2025

İtaliya baş naziri Ciddədəki görüşü alqışladı: Qərar artıq Rusiyanındır

İtaliyanın baş naziri Corcia Meloni çərşənbə axşamı Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan Ukrayna-ABŞ danışıqlarının nəticələrini alqışlayıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliya hökumətinin saytında yayımlanan məlumatda deyilir.  

"Baş nazir Corciya Meloni Ciddədə ABŞ və Ukrayna arasında keçirilən danışıqların nəticələrini alqışlayır, xüsusilə təklif olunan 30 günlük atəşkəs və Amerikanın Kiyevə yardımının bərpasına xüsusi diqqət yetirir", – bəyanatda qeyd olunub.  

Məlumatda bildirilir ki, İtaliya ABŞ-ın, prezident Trampın rəhbərliyi altında, Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək ədalətli sülhə nail olmaq üçün göstərdiyi səyləri tam dəstəkləyir. "Qərar artıq Rusiyanındır", – bəyanatda vurğulanıb.  

Xatırladaq ki, bundan əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukrayna ilə ABŞ arasında aparılan danışıqların nəticələri barədə Avropa tərəfdaşlarını məlumatlandırıb.  

Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas bildirib ki, Ciddədəki danışıqlardan sonra Rusiya sülhə nail olmaq üçün öz hazırlığını nümayiş etdirməlidir.  

Səudiyyə Ərəbistanının Ciddə şəhərində 11 martda baş tutan görüşün yekunlarına əsasən, Ukrayna Rusiyanın da bu addımı atacağı təqdirdə dərhal 30 günlük atəşkəs rejiminin tətbiqinə razılaşıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->