"Sevilya”ya transferi ilə gündəmdə olan braziliyalı forvard Olavio Juninyo "Qarabağ”ın düşərgəsindədir.
"Qafqazinfo” xəbər verir ki, o, komandanın bu gün baş tutan məşqində iştirak edib.
Klubun rəsmi instaqram səhifəsinin məşqlərdən paylaşdığı fotolar arasında hücumçunun da fotosu yer alıb.
Onun Ağdam təmsilçinin məşqlərinə qoşulması diqqət çəkib.
Çünki bir neçə gündür ki, İspaniya mətbuatı Juninyonun "Sevilya” ilə razılığa gəldiyini və bu klubun düşərgəsinə yollanacağını yazırdı.
Şərhlər