Xəbər lenti

Kadırovdan 14 milyon dollarlıq qalmaqal
Dünya09:45 13.03.2013

Kadırovdan 14 milyon dollarlıq qalmaqal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çeçenistan prezidenti Ramzan Kadırov 14200 çeçen uşağının Türkiyəyə tətilə göndərilməsi üçün təxninən 14 milyon dollarlıq tender elan edib. 

Qaynar.info-nun məlumatına görə, tender üçün lazım olan məbləğ Çeçenistanın öz daxili büdcəsindən ayrılacaq. 

Tenderi qazanacaq şirkət isə uşaqların bütün tətil xərclərini qarşılamalıdır. Tətil xərclərinə Türkiyəyə "Airbus" təyyarəsi ilə gediş-gəliş, televizor, mini bar, telefonla təchiz edilmiş otaqlar da daxildir. 

Rusiya müxalifət lideri Aleksey Navalnı çeçen uşaqlarının Türkiyəyə tətilə getməsinə etirazını bildirib. Sosial şəbəkələrdəki hesabında Çeçenistan hakimiyyətinin 14200 uşağın Türkiyə tətili üçün 14 milyon dollar xərcləməyə hazırlaşdığını yazan Navalnı Rusiyanın başqa regionlarının bu imkanlara sahib olmadığını bildirərək, bu vəziyyəti haqsızlıq kimi dəyərləndirib. 

Müxalifət lideri, "Kadırovun özü və ordusu üçün xərclədiyi pulla Rusiyadakı bütün uşaqlar tətilə gedə bilər" deyib. 

Qaynar.info