Rusiyanın "Soçi" futbol klununun keçmiş baş direktoru Andrey Orlov sabiq baş məşqçi Robert Morenonun qərar verərkən sünu intellekdə istifadə etdiyini iddia edib.
Qaynarinfo xəbər verir ki, Orlov Morenonun məşq proqramları, oyun strategiyaları, heyət seçimi, transfer planları və hətta oyunçuların yuxu rejimlərinə qədər bir çox məsələdə ChatGPT-dən yardım aldığını bildirib.
Lakin Robert Moreno bu iddiaları təkzib edib. İspaniyalı mütəxəssis açıqlamasında deyib ki, Orlov klubdan ayrıldığı vaxt artıq "Soçhi"də çalışmırdı və o, heç vaxt süni intellekt alətlərindən istifadə etməyib. Moreno əlavə edib ki, komandada yalnız standart performans proqramları, video analizləri və data scouting vasitələri tətbiq olunub, lakin bütün idman və insan yönümlü qərarlar yalnız onun və komandasının təcrübəsinə əsaslanıb.
Moreno həmçinin vurğulayıb ki, texnologiya hər zaman insan bacarığını dəstəkləməli, heç vaxt onun yerini almamalıdır. Yenilik yalnız liderin təcrübəsinə və qrupun sezgisinə xidmət etdiyi ölçüdə dəyərlidir.
İspan baş məşqçi karyerasında yeni işlərə fokuslandığını və böyük həvəs hiss etdiyini bildirib.
Qeyd edək ki, Moreno daha əvvəl İspaniya milli komandası, Fransanın "Monako" və İspaniyanın "Qranada" klublarında da fəaliyyət göstərib.
Günay
Şərhlər