Xəbər lenti

Keçmiş UFC çempionu rekord qonorar alacaq
İdman04:02 18.07.2023

Keçmiş UFC çempionu rekord qonorar alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keçmiş Ultimate Fighting Championship (UFC) çempionu Françis Nqannu bildirib ki, o, Tayson Fyuriilə boks matçına görə UFC-dəki bütün karyerasından daha çox qazanacaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə "MMA Fighting" məlumat yayıb.
Fyuri və Nqannunun oktyabrın 28-də Səudiyyə Ərəbistanında döyüşəcəyi gözlənilir. Fyuri artıq WBC-dən bu döyüş üçün icazə alıb. Eyni zamanda, onun ukraynalı Aleksandr Usıkla döyüşü ləğv edilib.
Nqannou martın 27-də Las-Veqasda UFC 260-da Stipe Myoçiçi məğlub etdikdən sonra ağır çəkidə UFC çempionluğunu qazanıb. Onun hesabında 16 qələbə və 3 məğlubiyyət var.
Fyuri karyerasında 31 döyüş keçirib, 30 qələbə qazanıb. Daha bir görüş heç-heçə başa çatıb.
Aydın