Xəbər lenti

Kinematoqrafçılar İttifaqı birləşir - Sədrlik postuna daha bir iddialı namizəd
Ölkə 15:24 10.11.2023

Kinematoqrafçılar İttifaqı birləşir - Sədrlik postuna daha bir iddialı namizəd

Yaxın vaxtlarda Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Xalq artisti Şəfiqə Məmmədovanın sədri olduğu eyniadlı qurum birləşəcək.

Bu barədə Qaynarinfo-ya məlumat daxil olub.
 
Bildiirilib ki, bundan sonra vahid AKİ-nin qurultayı keçiriləcək.

Məlumata görə, qurumun sədri postuna həm Rasim Balayev, həm də Şəfiqə Məmmədova iddialıdır. 

Onların arasında rəqabət getdiyi bir vaxtda başqa bir nəfərin də sədr postuna gətirilməsi uğrunda çabalar göstərilir.

İddialara görə, üçüncü namizəd İcitimai Televiziyanın keçmiş baş direktoru Cəmil Quliyevdir. 

Lakin onun tərəfdarları Rasim Balayevlə Şəfiqə Məmmədova ilə müqayisədə xeyli azdır. 

Bundan əlavə, Rasim Balayev və Şəfiqə Məmmədova duellosunda bitərəf mövqe sərgiləyənlərin də əhəmiyyətli hissəsi Cəmil Quliyevi sədr kimi görmək istəmir.
 
Bu, onun azad kino ictimaiyyəti arasında nüfuzunun az olması ilə izah edilir.

Hətta bəzi iddialara görə, onun namizədliyinin təklif edilməsi belə, ciddi narazılıqlara səbəb olub. 

Lakin buna rəğmən Cəmil Quliyev artıq üçüncü iddialı kimi rəqabətə qoşulub. Onun kifayət qədər nüfuz sahibi olan Rasim Balayevlə Şəfiqə Məmmədovaya qalib gələ bilib-bilməyəcəyini zaman göstərəcək.

Rasim Balayevin sədri olduğu AKİ 1963-cü ildə Respublika Kinematoqrafiya İşçilərinin I  Təsisat Qurultayında yaradılıb. Rasim Balayev 2022-ci ildən qurumun İdarə Heyətinin sədridir.

Şəfiqə Məmmədovanı rəhbəri olduğu eyniadlı qurum isə 2012-ci ildə təsis edilib. Şəfiqə Məmmədova həmin ildən sədr vəzifəsini daşıyır.
 
Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->