Xəbər lenti

Komanda hücum etdi, hakim zədələndi
İdman07:09 28.11.2023

Komanda hücum etdi, hakim zədələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Superliqasında baş tutan "Başakşəhər" - "Pendikspor" matçında hakim zədələnib.
Qaynarinfo-nun məlumatına görə, köməkçi hakim Cəmil Tunç meydan sahiblərinin hücumu zamanı qaçarkən zədə  alıb. Matçın 20-ci dəqiqəsində Başakşehirin sürətli hücumunu təqib etməyə tələsərkən Tunç qəfil yerə yıxılıb. Nəticədə baş hakim oyunu dayandırıb və həkimləri meydana dəvət edib. Tibbi personal Tunça ilkin tibbi yardım göstərib.
Müalicədən sonra Tunç matçı davam etdirə bilməyib və onu matçın 4-cü hakimi Oğuzhan Çakır əvəzləyib. 
Bu Superliqada ikinci hakim zədəsi olub. Daha öncə "Qalatasaray" - "Alanyaspor" matçının baş hakimi Əli Şansalan da ayağından zədələnmiş, onu dördüncü hakim əvəzləmişdi. 
Səbuhi Həsənov