XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Konfrans Liqası: "Qarabağ"ın "pley-off"dakı rəqibi müəyyənləşdi
İdman23:15 13.08.2026

Konfrans Liqası: "Qarabağ"ın "pley-off"dakı rəqibi müəyyənləşdi

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi dəqiqləşib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan təmsilçisi bu raundda Niderlandın "Tvente" kollektivi ilə üz-üzə gələcək.

Komanda III təsnifat mərhələsində DAK 1904 (Slovakiya) klubunu iki oyunun nəticəsinə əsasən məğlub edib - 6:0, 3:3.

Xatırladaq ki, "Qarabağ" bu raundda Ukraynanın "Dinamo" (Kiyev) komandasını mübarizədən kənarlaşdırıb. Polşada rəqibinə 0:1 hesabı ilə uduzan "köhlən atlar" Bakıda iki cavabsız qolla qalib gəlib.