Görünməyən bir təhlükə yaxınlaşır. Kosmosdan gətiriləcək nümunələrin, bəşəriyyət tarixinin ən qaranlıq epidemiyasına səbəb ola biləcəyi barədə xəbərdarlıqlar edilir.
Qayanrinfo xəbər verir ki, Marsdan dünyaya qaytarılması planlaşdırılan süxur və torpaq parçalarının, ölümcül yeni bir pandemiyanı alovlandıra biləcəyi bildirilir.
İnsanlıq hələ də COVID-19 pandemiyasının fəsadlarını aradan qaldırmağa çalışdığı bir vaxtda, Marsdan gələcək bioloji risk gündəmin ön sırasına çıxıb.
İngiltərənin "The" Mirror nəşrinə danışan astrobioloq Berri DiGregoriyo NASA-nın gələcəkdə Marsdan gətirəcəyi nümunələrin dünyaya böyük bir təhlükə daşıya biləcəyini bildirib. Onun sözlərinə görə, bu materiallar bilinməyən patogenlərlə dolu ola bilər və bu vəziyyət yalnız elmi-fantastik filmlərdə deyil, real həyatda da kabusa çevrilə bilər.
DiGregoriyo həmçinin iddia edib ki, Marsda həyatın mövcud olduğuna dair ilk sübutlar daha 1976-cı ildə "Viking" missiyası zamanı aşkar edilsə də, NASA bunu illərlə görməzlikdən gəlib.
Əgər bu Mars nümunələri ciddi karantin və izolyasiya tədbirləri olmadan dünyaya gətirilərsə, Marsın sərt mühitinə uyğunlaşmış ekstremofillər – yəni uç şəraitdə yaşaya bilən mikroorqanizmlər – yer üzündə yayıla bilər və nəzarət altına alınması mümkün olmayan bir epidemiyaya səbəb ola bilər.
DiGregoriyo həmçinin NASA-nın 2030-cu illər üçün planlaşdırdığı insanlı Mars missiyası ilə bağlı da xəbərdarlıq edib. Onun fikrincə, Marsa göndəriləcək astronavtlar, bilinməyən bir mikroba yoluxa və bu faciə canlı yayım zamanı baş verə bilər:
"Bayraq sancmaq üçün xaricə çıxan astronavt, ertəsi gün bir kosmik mikrob səbəbilə xəstələnə bilər. Geri dönüş yoxdur, yardım yoxdur".
NASA-nın Mars nümunələrini dünyaya qaytarmaq üçün nəzərdə tutduğu "Mars Sample Return (MSR)” proqramı, keçmiş ABŞ prezidenti Donald Tramp tərəfindən edilən büdcə kəsintiləri səbəbilə ləğv olunub. Hazırda agentlik bu nümunələri daha aşağı xərclərlə gətirmək üçün alternativ yollar üzərində işləyir, lakin hələ dəqiq strategiya açıqlanmayıb.
Yalnız xarici ekspertlər deyil, NASA daxilindən də ciddi xəbərdarlıqlar səslənir. Agentliyin keçmiş Planetar Qoruma Məmuru Katerin Konli, "Mars 2020” missiyasının yetərincə sterilizə edilmədiyini və toplanan nümunələrin dünya həyatına qarışa biləcəyini söyləyib. Bu açıqlamalardan sonra Konlinin vəzifəsindən uzaqlaşdırıldığı iddia olunur.
Aydın
Şərhlər