Polşalı qapıçı Mateuş Koxalski "Qarabağ"ı tərk etməyə yaxındır.
Qaynarinfo sportowefakty.wp.pl saytına istinadən xəbər verir ki, qolkiper Ekstraklasa təmsilçisi "Veçista"ya (Krakov) keçir. Bu barədə jurnalist Rafal Gikeviç məlumat yayıb.
Mateuş Koxalski son iki il ərzində "Qarabağ"da çıxış edib. O, 2024-cü ilin yayında "Stal Mieleç"dən Azərbaycan klubuna transfer olunub. Koxalski "Qarabağ"ın heyətində artıq 74 oyuna çıxıb. Ötən mövsüm Çempionlar Liqasında da 10 matç keçirib. Komanda pley-off mərhələsinə yüksəlib və burada "Nyukasl Yunayted"lə qarşılaşıb. Bundan əvvəl polşalı qapıçı "Çelsi", "Liverpul" və "Ayaks" kimi komandalarla da mübarizə aparmaq imkanı əldə edib.
Krakov klubu Ekstraklasanın debütantıdır və mövsümə iki məğlubiyyətlə başlayıb. Klub ilk turda "Radomyak Radom"a 1:2 hesabı ilə uduzub, daha sonra isə eyni hesabla "Lex Poznan"a məğlub olub. Beləliklə, iki turdan sonra komandanın hesabında xal olmayıb. Hazırda komandanın qapısını 21 yaşlı Antoni Mikulko qoruyur.
Aydın
Şərhlər