Xəbər lenti

Lənkəranda qətl törədən şəxs sahibkar imiş (TƏFƏRRÜAT)
Ölkə 12:07 25.12.2023

Lənkəranda qətl törədən şəxs sahibkar imiş (TƏFƏRRÜAT)

Lənkəran rayon Separadi kəndində 1983-cü il təvəllüdlü Bəhruz Ağababa oğlu Məmmədov 1974-cü il təvəllüdlü Zülfüqar Əziz oğlu Cəfərovu bıçaqlayaraq öldürüb. 

Qaynarinfo-ya daxil olan məlumata görə, 49 yaşlı Zülfüqar Cəfərovun qətlində şübhəli bilinənən Bəhruz Məmmədov rayonda tanınmış sahibkarlardandır. O kənddəki "Ay İşığı" adlı böyük marketin sahibidir. 

Elə mübahisə də sözügedən marketə görə baş verib. Belə ki, özünü krminal aləmin üzvü kimi təqdim edən Zülfüqar Cəfərovun marketin sahibindən "aylıq haqq" tələb etdiyi iddia olunur. 

Təqsirləndirilən şəxs Zülfüqar Cəfərovun bu tələbindən bezdiyi üçün aralarında mübahisə davaya çevirilib. Nəticədə Bəhruz Məmmədov onu bıçaqlayaraq öldürüb. 

Olaydan sonra təqsirləndirilən şəxs onu özü Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb. 

Hadisə baş verən zaman Zülfüqar Cəfərovun 18 yaşlı oğlunun da orada olduğu deyilir.

Qeyd edək ki, hadisədən sonra 40 yaşlı Bəhruz Məmmədov könüllü olaraq polisə təslim olub.  Faktla bağlı araşdırma aparılır.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->