Dünya 22:59 24.06.2022

Macarıstan Avropanı Rusiyaya qarşı sanksiyaları dayandırmağa çağırdı

Avropa Birliyi Rusiyaya sanksiyaların qoyulmasını dayandırmalı və bunun əvəzinə atəşkəs və danışıqların başlanmasına təkan verməlidir.

Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orbanın baş köməkçisi deyib

Orbanın köməkçisi deyib ki, AB nə qədər çox sanksiyalar qəbul etsə, bir o qədər onlar Avropa Birliyinə daha çox ziyan vurur, Rusiya isə tab gətirir.

"Avropa son nəticədə iqtisadi problemlərə görə bu müharibədə uduzanlar tərəfdə olacaq. Tövsiyəmiz o olardı ki, sanksiyalar prosesini dayandıraq”, - deyə Balazs Orban Reuters-ə müsahibəsində bildirib.

"Hazırda vəziyyət ondan ibarətdir ki, nə qədər çox sanksiyalar qəbul ediriksə, bir o qədər vəziyyətimiz pisləşir. Bəs ruslar? Bəli, bu, onlara da əziyyət verir, amma sağ qalırlar. Və daha da pisi odur ki, onlar Ukraynada irəliləyirlər”, - Balazs Orban bildirib.

Orban AB-nin taktikasını dəyişməli olduğunu deyir.

"Biz elə bir nöqtəyə gəlmişik ki, dörd ay ərzində strategiyaya əməl etdiyimizi, müəyyən nailiyyətlərimizin olduğunu başa düşürük, lakin belə davam edərsə, ciddi mənada bunun sonu Avropa üçün pis olacaq. Ona görə başqa bir şey düşünməliyik. Danışıqlar, atəşkəs, sülh. Diplomatiya. Bu, bizim çıxış yolumuzdur”, - Orban bildirib.

Nurlan Hüseynov