Xəbər lenti

Makiyaj vasitələri göz sağlamlığına təsir edir - Bunlara diqqət yetirin
Sağlamlıq 15:00 10.01.2025

Makiyaj vasitələri göz sağlamlığına təsir edir - Bunlara diqqət yetirin

Göz sağlamlığı həyat keyfiyyətini birbaşa təsir edir və vaxtında müalicə olunmadıqda qalıcı görmə itkilərinə səbəb ola bilər. Göz xəstəliklərindən qorunmaq üçün sadə tədbirlər görmək kifayətdir. 

Qaynarinfo xəbər verir ki, göz xəstəlikləri üzrə mütəxəssis, Dr. Mitat Altuğ göz sağlamlığını qorumaq üçün əsas tövsiyələrini təqdim edir:

1. Göz müayinələrini vaxtında edin

Göz xəstəliklərini erkən mərhələdə aşkarlamaq üçün müntəzəm müayinələr vacibdir. Kırma qüsurları (hipermetropiya, miopiya, astiqmatizm), göz hərəkətlərində pozulmalar və müxtəlif sistemik xəstəliklərin, o cümlədən yüksək təzyiq və şəkərli diabetin gözlərdə yaratdığı fəsadların qarşısı bu yolla alına bilər.

Müayinələr üçün tövsiyə olunan interval:
* 6 ay - 4 yaş arası uşaqlar: mütləq göz müayinəsi
* 5-17 yaş: ildə bir dəfə
* 18-40 yaş (sağlam şəxslər): iki ildən bir
* Yaşlılar və ya ailəsində göz xəstəliyi olanlar: ildə bir dəfə
 


2. Kontakt linzalardan düzgün istifadə edin

Kontakt linzalardan istifadə zamanı gigiyena qaydalarına diqqət yetirin:

* Linzanı taxmazdan əvvəl əlləri yuyun.
* Solüsyonu gündəlik dəyişin və linza qabını hər üç aydan bir yeniləyin.
* Linzalarla yatmaq və ya duş almaq tövsiyə edilmir, bu infeksiya riskini artırır.

3. Kompüter istifadə edərkən fasilələr verin

Kompüter qarşısında uzun müddət işləmək göz kaslarında spazmlara və ağrılara səbəb ola bilər.

* 20-30 dəqiqədən bir fasilə verin və uzağa baxaraq gözlərinizi dincəldin.
* Ekranın göz səviyyəsindən aşağıda olmasına diqqət edin.
* Göz qırpma tezliyini artıraraq quruluğun qarşısını alın.
 


4. Göz problemlərini laqeyd yanaşmayın

Gözlərdə qaşınma, qızartı və ya quruluq varsa, soyuq su ilə yüngülcə təmizləyin və süni göz yaşı damcılarından istifadə edin. Şikayətlər azalmasa və ya işıq həssaslığı, uçuşan qara nöqtələr və görmə bulanıqlığı kimi simptomlar varsa, dərhal həkimə müraciət edin.

5. Göz sağlamlığı üçün düzgün qidalanın

Gözlərinizin sağlamlığını qorumaq üçün vitaminlər və minerallarla zəngin qidalar qəbul edin:

* A vitamini: Yerkökü, ispanaq
* C vitamini: Yaban mersini, qırmızı bibər
* E vitamini və beta-karoten: Balqabaq, şalğam, brokoli
* Omega-3: Somon balığı
* Sink: Paxlalılar, qırmızı ət

6. Makiyaj vasitələrinin istifadəsinə diqqət edin

Makiyaj vasitələri ilə bakteriyaların yayılmasının qarşısını alın:

* Göz makiyajını hər gecə təmizləyin.
* Digərləri ilə makiyaj vasitələrini paylaşmayın.
* Göz qapağı xəttinə qələm və ya eyeliner çəkməyin, bu göz yaşı kanallarında tıxanıqlığa səbəb ola bilər.

7. Siqaretdən uzaq olun

Siqaret gözlərin sarı nöqtə xəstəliyi, katarakt və quruluq riskini artırır. Siqareti tərgitməklə bu risklər əhəmiyyətli dərəcədə azalır. 

Gözlərinizi qorumaq üçün bu tövsiyələri tətbiq edin və sağlam bir görmə keyfiyyətini uzun müddət saxlayın.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->