Fransa prezidenti Emmanuel Makron və onun həyat yoldaşı Bricit Makron Pa-de-Kale regionunda yerləşən villalarını satışa çıxarmağa hazırlaşırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" qəzeti məlumat yayıb.
Məlumata görə, cütlük Le-Tukedə yerləşən və Bricit Makronun valideynlərinin - Simona və Janın adlarının birləşməsindən yaranan "Monejan" adlı villanı satmağı planlaşdırır.
Daşınmaz əmlak agentləri bu məlumatı şərh etməkdən imtina ediblər və bunu "potensial alıcı və satıcılara hörmət" prinsipi ilə əsaslandırıblar. Yelisey sarayının mətbuat xidməti isə bunun "Makron cütlüyünün şəxsi həyatı" ilə bağlı məsələ olduğunu bildirib.
Məqalədə qeyd edilir ki, Makron villanı satmaq qərarına məkanın izdihamlı olması və cütlüyün daha sakit bir yerə köçmək istəyi səbəbindən gəlib. Bildirilir ki, Bricit Makron bu villanı atasından miras alıb.
Bundan əlavə, "Le Figaro" yazır ki, Fransa lideri 2011-ci ildə villada təmir işləri aparmaq üçün 350 min avro məbləğində 15 illik kredit götürüb.
Aydın
Şərhlər