Xəbər lenti

Dünya 17:49 03.04.2024

Makronun 70 yaşlı xanımı məşhur "Netflix" serialına çəkilir (FOTOLAR)

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Parisdə "Netflix" yayımlanan "Emily" serialının çəkilişləri zamanı görüntülənib. 

Qaynarinfo xəbər verir ki, Fransanın birinci xanımının fotoları "Daily Mail" saytında dərc olunub.

70 yaşlı Bricit Makron Parisdə "Emily" serialının dördüncü mövsümündə kamo rolunu oynayacaq. Fransa prezidentinin həyat yoldaşı aprelin 2-də serialın çəkilişində lentə alınıb. Onun əynində qızıl düyməli qara gödəkçə olub. Fransanın birinci xanımı layihədə baş rolu ifa edən aktrisa Lili Kollinzlə birlikdə çəkiliş meydançasına çıxıb. Bricit Makronun serialın böyük pərəstişkarı olduğu bildirilir.

"Emily"nin üçüncü mövsümü Lilyi Kollins, Eşli Park, Filippin Leroy-Bolye, Keyt Uolş, Kamill Razat, Lucas Bravonun da daxil olmaqla izdihamlı pərəstişkarları və bütün aktyor heyətini cəlb edən Parisdəki böyük premyeradan sonra 21 dekabr 2022-ci ildə "Netflix"də yayımlanıb. 

"Emily" filminin dördüncü mövsümünün çəkilişləri Fransanın paytaxtında yayın sonu və ya payızın əvvəlində başlamalı idi, lakin Amerika Yazıçılar Gildiyasının üzvlərinin tətili səbəbindən ən azı iki ay gecikdirilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->